Nov 06 2019 19:38
Views: 1746

İranla Azərbaycan arasındakı əlaqələr inkişaf etməkdədir. İki ölkənin əməkdaşlıq etdiyi sahələr də genişləndirilir. Bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə II Beynəlxalq Sənaye Sərgisi “CASPINDEXPO 2019”-un açılış mərasimində deyib. Səfir sərginin qarşılıqlı əməkdaşlıq baxımından önəmli olduğunu qeyd edib.
Sərgidə 30-dan çox şirkət iştirak edir. Onlar qida, geyim, texnologiya, elektronika, kosmetika, bağ, ev və ofis mebelləri, alüminium və plastik qablar, həmçinin digər məhsullar nümayiş etdirirlər. 
 Bakı İdman Sarayında təşkil olunan sərgi noyabrın 8-nə kimi davam edəcək.

 


Create Account



Log In Your Account