Oct 21 2019 18:55
Views: 637

Azərbaycanda elektron ticarət əsasən xarici ticarət plaftomalarından sifarişlər əsasında formalaşır. Əsas məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaqdır. Bunu 2-ci Bakı Elektron Ticarət Forumunda  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib. Bildirib ki, əsas məqsədlərdən biri də milli məhsulları  xarici bazarlara çıxarmaqla elektron ticarəti təşviq etməkdir. son 2-3 ildə Azərbaycanda elektron ticarətdə inkişaf dinamikası müşahidə olunduğunu deyən nazir beynəlxalq əməkdaşlığın önəmini qeyd edib. elektron imzanın qarşılıqlı tanınması üçün qanunvericiliyin inkişaf etidirilməsi, kibertəhlükəsizlik istiqamətində əməkdaşlığın genişləndirildiyini vurğulayıb. 
Bu gün yeni texnologiyaların geniş tətbiq edildiyi elektron ticarət maliyyə, real sektor və İT kimi müxtəlif sahələri əlaqələndirən effektiv mexanizmə çevrilib. Elektron ticarət platforması kiçik və orta biznesin iri korporasiyalarla rəqabət aparmaq qabilləyətlərini daha da genişləndirir. Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev qeyd edib ki, onlayn ticarət kiçik və orta biznes subyektləri üçün cəlbedici platformaya çevrilib.
Qeyd olunub ki, Azərbaycanda elektron ticarətin inkişafı üçün əlverişli mühit mövcuddur. Ölkə əhalisinin 80%-nin internet istifadəçisi olması, internet bankçılığın inkişafı, logistika sahəsində bir çox şirkətlərin fəaliyyət göstərməsi buna zəmin yaradır. 2019-cu ildə dünya üzrə pərakəndə elektron ticarət 21% artaraq 3,5 trilyon dollar təşkil edəcəyi gözlənir. Bu isə ümumi pərakəndə ticarətin 14%-i deməkdir.

 


Create Account



Log In Your Account