Jul 11 2019 18:31
Views: 210

İslamın Qafqaz sivilizasiyasında yeri və rolu, islam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri... Bütün bunlar Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda" II beynəlxalq  simpoziumunda əsas müzakirə mövzuları oldu. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın sivilizasiyasalararası əlaqələrə hər zaman önəm verdiyini bildirdi. Qafqazda mövcud olan münaqişə ocaqlarından kimlərinsə din amilindən istifadə etmək istədiyinə diqqət çəkən komitə sədri bununla mübarizənin yalnız islami dəyərləri düzgün təbliğ etməkdən keçdiyini dedi. Onun fikrincə, İslamın Qafqaz sivilizasiyasında rolundan danışarkən Qafqazda yaşayan xalqların tarixini, onların mənsub olduğu dinləri dəqiq bilmək vacibdir.

Simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılmasıdır. Eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıdılmasıdır.

Simpoziumda 100-dən çox məruzəçi “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm” və digər mövzularda ümumilikdə 11 paneldə  çıxış edəcəklər. Konfransın materialları kitab şəklində çap olunacaq.


Create Account



Log In Your Account