Jun 12 2019 16:15
Views: 1311

“Azərbaycanda islahatlar sahəsində əldə edilən nailiyyətlər göz qabağındadır”. Bunu Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı ilə Bakıda keçirilən İnformasiya Texnologiyaları Konfransı və Sərgisində çıxışı zamanı Azərbaycanın Baş nazir Novruz Məmmədov deyib.  Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini deyən baş nazir bildirib ki, gömrük sahəsində görülən işlər ölkənin dayanıqlı inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Dövlət Gömrük Komitəsinin bu sahədə böyük işlərə imza atdığını deyən baş nazir bu fəaliyyətin davamlılığının önəmini qeyd edib.  Bildirib ki, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi həm də ölkəmizlə Ümumdünya Gömrük Təşkilatı ilə əlaqələrə töhfə verəcək.


Create Account



Log In Your Account