Dec 13 2018 14:47
Views: 387

Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığı prioritet istiqamətlərindən biri kənd təsərrüfatının inkişafıdır. Bankın Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Naqvinin sözlərinə görə hazirda üç layihə - “Azərbaycan kənd sərmayələri”, “Kənd təsərrüfatının rəqabətliliyinin gücləndirilməsi”, “Məcburi köçkünlər” layihələri həyata keçirilir.

Navid Naqvi qeyd edib ki, Azərbaycanda “yaşıl iqtisadiyyat”ın  rasionallaşdırılması da Dünya Bankının xüsusi önəm verdiyi istiqamətlərdən biridir. Bununla bağlı Azərbaycanın müvafiq dövlət orqanları ilə danışıqlar aparılır. Dünya Bankı Külək elektrik stansiyaları və günəş batereyalarının sayının artırılmasına da dəstək verməyə hazırdır.  Daha bir vacib istiqamət isə insan kapitalı indeksinin yüksəldilməsidir. Navid Naqvinin sözlərinə görə Cənubi Qafqazda bu sahədə inkişaf tendensiyası yalnız Azərbaycanda müşahidə olunur.

Dünya Bankının nümayəndəsinin sözlərinə görə dekabr ayının 19-21-də Bakıda insan kapitalının inkişafı mövzusuna həsr olunmuş forumun keçirilməsi gözlənilir. Azərbaycan Dünya Bankına 1992-ci ildə qoşulub. Ölkədə bankın dəıstəyi ilə ümumi dəyəri 1,5 milyard olan 7 layihə həyata keçirilir.


Create Account



Log In Your Account