Mar 16 2019 19:00
Views: 250

Martın 18-də Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunacaq. Tədbirin Bakıda keçirilməsi təşəbbüsü ilə prezident İlham Əliyev çıxış edib, təklifin qəbulu isə Azərbaycan dövlət başçısının enerji siyasətinə verilən qiymətin göstəricisidir.
OPEC + ölkələri xam neftin qiymətinin qlobal neft bazarında surətlə  dəyişdiyi indiki dönəmdə çevik reaksiya verməklə artıq 3 ildir ki, bu sahədə əməkdaşlığı dərinləşdirir.  Azərbaycan da bu formatda keçirilən tədbirlərə ev sahibliyi etməklə  prosesə dəstək, eyni zamanda neft bazarının tənzimlənmə prosesinə töhfə verir. Mütəxəssislər bildirir ki, Hazırda Bakıda OPEK plus formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivısində qalmasında Prezident İlham Əliyevin böyük xidmıti var. Prezident İlham Əliyev öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüslərlə dünya enerji bazarında stabilləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir. İllərdir ki, Azərbaycan saziş çərçivəsində hasilat öhdəliklərini 100 faiz yerinə yetirir, bu ilin ilk 6 ayın sonunda 776 min barel hasilat öhdəliyini tamamilə yerinə yetirəcəyi proqnozlaşdırılır.  
Bakıda keçiriləcək tədbirdə   OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı dinləniləcək.
Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, monitorinq komitəsinin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək. Tədbiri işıqlandırmaq üçün 20-dən çox xarici media orqanı və yerli KİV-in 180 nəfərə yaxın nümayəndəsi qeydiyyatdan keçib. Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasından bir gün əvvəl - martın 17-də Bakıda Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası da keçiriləcək.


Create Account



Log In Your Account