Jun 20 2019 19:22
Views: 207

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası keçirilir. Sessiyanın açılışında çıxış edən Milli Məclis sədri Oqtay Əsədov 26 il öncə yaranmış bu təşkilatın Parlament Assambleyasının Qara Dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslər irəli sürdüyünü qeyd edib. Bildirib ki, Parlament Assambleyasının plenar sessiyasının 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var. Çünki bu 7 ildə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərəsi dəyişib. 

Oqtay Əsədov təəssüflə bildirib ki, regionumuzun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Oqtay Əsədov Azərbaycanın 25 ildən artıqdır Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkdiyini deyib. Və əminliyini bildirib ki, bu münaqişələr beynəlxalq hüququn prinsipi və normaları, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə öz həllini tapacaq.

İclasda Xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)Parlament Məclisinin 53-cü sessiyasına ünvanladığı təbrik məktubu oxunub.

Bolqarıstan parlamentinin sədri Sveta Karayançeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Bolqarıstana keçəcəyini vurğulayaraq ölkəsinin bu işləri görməyə, çağırışlara cavab verməyə hazır olduğunu deyib:

Sonra Bolqarıstan Baş nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryevanın ünvanladığı təbrik məktubu oxunub.

İclasda gizli səsvermə nəticəsində Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib. O, 5 il müddətində bu vəzifəni tutacaq. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasına sədrlik dəyişib. Sdərlik 6 ay müddətinə Bolqarıstana keçib.


Create Account



Log In Your Account