Jun 28 2018 15:00
Views: 365

Bakıda İran Mədəniyyət Günlərinə start verilib. Mədəniyyət Günləri çərçivəsində mədəniyyət və incəsənət sərgisinin açılışı olub. “İran və Azərbaycan  arasında qardaşlıq əlaqələr var və bu münasibətlərin inkişaf etdirilməsində mədəniyyət əlaqələri önəmli yer tutur”. Mədəniyyət naziri Əbülfəs Qarayev açılış mərasimində belə deyib. Mədəniyyət həftəsinin iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına təkan verəcəyini deyən nazir qeyd edib ki, Azərbaycan İranla bu sahədə əlaqələri genişləndirməkdə maraqlıdır. Tədbirin davamı kimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsert proramında Əbülfəs Qarayev ötən il İranda Azərbaycan mədəniyyət günlərinin uğurla keçdiyini vurğulayıb.
İranın Mədəniyyət və İslami irşad naziri Seyid Abbas Salehi bildirib ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün böyük potensial var. Xalqları birləşdirən mədəni və tarixi köklər, digər tərəfdən hazırda ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması buna əminlik yaradır. 
Qeyd edək ki, İran Mədəniyyət günləri iyunun 30-dək Bakı və Gəncədə keçiriləcək. Mədəniyyət günləri çərçivəsində İranın incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin təşkili, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulur.


Create Account



Log In Your Account