Dec 11 2018 18:06
Views: 648

Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsinə xüsusi diqqət ayrılır. Prezident İlham Əliyevin imzaladığı "Qida məhsullarınin təhlükəsizliyininin  təmin edilməsi  haqqında" sərəncam da bu sahədə atılan ən vacib addimlardan biridir. Sərəncama əsasən,  ölkənin qida-ticarət sisteminin yenidən qurulmasına, müasir tələblərə cavab veren bazarların tikintisinə start verilib.

Sərəncama uyğun olaraq, 2014-cü ildə İxtisaslaşdırılmış Yaşıl Market Kompleksi - “Agromall” yaradılıb. “Agromall”un tərkibində 86 xarici ölkənin ticarət evləri fəaliyyət göstərir.  Azərbaycanın 66 regionu da bu kompleksdə  öz pavilyonunu açıb. Burada 17 min yerli istehsalçının məhsullarını satması üçün şərait yaradılıb.

Hazırda burada  Əfqanıstan, Hindistan, Özbəkistan, Yaponiya, Gürcüstan, Rusiya, Ukrayna, Latviya və digər ölkələrin ticarət evləri  fəaliyyeə göstərir. Bu günlərdə onların sırasına İran ticarət evi də qoşulub. Ticarət evinin açılış mərasimində İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə də istirak edib.

İran Ticarət evinin təşkil etdiyi sərgidə İranda istehsal olunan qida,  qeyri-qida və əl işləri nümayiş etdirilir. Sərgi dekabrın 31-dək fəaliyyət göstərəcək.


Create Account



Log In Your Account