Sep 08 2018 19:10
Views: 397

Bakıda rus filmləri həftəsinə start verilir. Sentyarbın 7-dən 14-dək bakılı tamaşaçılara Rusiya kinosunun ən yeni nümunələri təqdim olunacaq. Filmlər Nizami kino mərkəzində, həmçinin Yarat Müasir İncəsənət Mərkəzində nümayiş etdiriləcək. 
Bakıda rus filmləri həftəsi rejissor Klim Şipenkonun dram janrında çəkdiyi “Salyut 7” əsərinin nümayişi ilə açıldı. Açılış mərasimində çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya kinosu günlərinin Azərbaycanda dördüncü dəfədir keçirildiyini diqqətə çatdırdı. Rusiyalı diplomat bu tədbirin gələcəkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi. Həmçinin, Rusiyada da Azərbaycan kino həftələrinin təşkilinin vacib olduğunu qeyd etdi. Mixail Boçarnikov Azərbaycan və Rusiya arasında humanitar sferadakı əməkdaşlığında kinonun mühüm rol oynadığını bildirdi. Qeyd olundu ki, bu kino həftəsi üçün Bakıya 8 tammetrajlı ekran əsəri gətirilib. 
Kino Günləri çərçivəsində Azərbaycan aktyorlarının da yer aldığı komediya janrında çəkilən “Kilimandjara” filmi, “Trener”, “Çernovik”, “Yay”, Saşa dayı” və digər filmlər nümayiş etdiriləcək. Müxtəlif janrlarda olan bu filmlər arasında milli və benəlxalq kinofestivalların qalibləri də var. 
Rusiya Filmləri həftəsi sentyabrın 14-dək davam edəcək.


Create Account



Log In Your Account