Feb 19 2018 15:47
Views: 573

Bakıda slavyan xalqlarının qədim bayramlarından olan “Maslenitsa” qeyd olunub. Yağışlı hava olmasına baxmayaraq, tədbir rəngarəng görüntülər və yüksək əhval ruhiyyə ilə yadda qalıb.
Qışla vidalaşmanın və təbiətin yenilənməsinin, yazın gəlişinin rəmzi olan Maslenitsa bayramında ənənəyə uyğun olaraq qış mahnılar və rəqslərlə yola salınır.
"Maslenitsa" ənənəvi olaraq Azərbaycanda hər il keçirilir. Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri "Maslenitsa" bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın rəmzi olan "Maslenitsa" müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.


Create Account



Log In Your Account