Oct 08 2019 19:37
Views: 187

İqtisadi əməkdaşlığın, nəqliyyat-energetika layihələrinin inkişafı və regional təhlükəsizlik naminə konstruktiv siyasi dialoq. Bakıda keçirilən “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfransın əsas mövzusu məhz bundan ibarət olub. Konfransda iştirak edən ekspertlər  üçtərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bildiriblər, mövcud problemlərin həllinə dair tövsiyələr veriblər. Xüsusi olaraq vurğulanıb ki, “əməkdaşlıq üçbucaqları” bugünkü geosiyasətdə çox aktualdır və dünya siyasətinin inkişafının strateji istiqamətini ifadə edir.
Qeyd edilib ki, Yaxın Şərq ölkələrində, Qafqazda, Xəzər-Qara dəniz regionunda baş verən hadisələr Azərbaycan, Rusiya və Türkiyəni üçtərəfli əməkdaşlığı möhkəmləndirməyə vadar edir.
Konfransda qeyd edilib ki, Energetika sahəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. məhz bu 3 ölkənin Avropanın enerji xəritəsini formalaşdırmasına şərait yaradır.  
Konfransın təşkilatçıları Azərbaycanın “Baku Network” Beynəlxalq Ekspert Şurası,  Rusiyanın  Müasir Türkiyənin Tədqiqi Mərkəzi və Türkiyədə fəaliyyət göstərən Rusiya Araşdırmaları İnstitutudur. Bakıdakı konfrans daha əvvəl  Sankt-Peterburq və Ankarada baş tutmuş üçtərəfli formatda ekspert görüşlərinin davamıdır.


Create Account



Log In Your Account