Oct 16 2019 19:58
Views: 373

Türkdilli dövlətlərin başçılarının Bakıdakı zirvə görüşü tarixi əhəmiyyət daşıyan görüş kimi qiymətləndirilir. Millət vəkili Qənirə Paşayeva deyir ki, Naxçıvan Bəyannaməsinin qəbulunun 10-cu ildönümündə Şurada türk dünyasınnın daha güclü formada təmsil olunması, Özbəkistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olması qurumun gücünü daha da artıracaq. 
Millət vəkili Qənirə Paşayeva qeyd edir ki, Türk Şurasının zirvə görüşündə müzakirə olunan mövzular da çox əhəmiyyətlidir. Çünki beynəlxalq hüquq normalarının diqqətə alınmadığı müasir dünyanın tək gerçəyi var  ki, onun da adı gücdür. Odur ki, hüquqlarını müdafiə edə bilmək üçün güclü olmalısan. Türk Şurası türkdilli dövlətlərə daha güclü olmağa imkan  verir.   
Zirvə görüşü ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin toplantıya qatılan dövlət başçıları ilə ikitərəfli görüşləri də keçirilib. Bu görüşlərdə bir sıra önəmli məsələlər müzakirə edilib, razılaşmalar əldə olunub. Bu da ikitərəfli münasibətləri daha da  yüksək səviyyəyə qaldırmaq, həm də türk dövlətlərinin birliyini daha güclü gələcəyə aparmaq üçün zəmin yaradır.
Ekspertlər bildirirlər ki, zirvə toplantısında düşmənə də, dosta da çox ciddi mesajlar verilib. İnanırlar ki, Türkmənistan da yaxın zamanlarda Türk Şurasına daxil olacaq və 6 türkdilli dövlətin hər birinin təmsil olunduğu bu platforma güclü bir beynəlxalq təşkilat kimi bütün dünyada öz sözünü deyəcək.


Create Account



Log In Your Account