Feb 24 2020 18:54
Views: 226

İctimai nəqliyyatdan istifadəni stimullaşdırmaq məqsədilə BNA tramvay xəttinin çəkilməsini təklif edir. Tramvay yolunun Neftçilər pros boyu Milli Parkın ərazisindən keçməklə Lökbatan və Hövsan qəsəbəsini birləşdirməsi nəzərdə tutulur. Tramvay xəttinin Neftçilər prospektində, Milli Parkın yola tərəf istiqamətində salınması təklif olunur. Yolun Ağ Şəhərin ərazisindən keçməklə Nobel prospekti və ardınca Hövsan qəsəbəsinədək uzadılması ideyası üzərində müzakirələr aparılır. Ekspertlər hesab edirlər ki, Bakıda ictimai nəqliyyatın inkişafına və şəbəkələşməsinə ehtiyac var. Bunun üçün müvafiq infrastrukturun yaradılması mümkündür. SSRİ dövlətləri arasında ilk dəfə Bakıda 1924-cü ildə tramvay xətti istifadəyə verilib. 110 kilometr yolu olan tramvay Bakının hər istiqamətinə hərəkət edirdi. 2004-cü ildə ən son tramvay xəttinin də istismarı dayanıb. Vaxtilə tramvay deposunda elektrik mühəndisi kimi çalışan Əyyar Məmmədov deyir ki, tramvay hər zaman ucuz, təhlükəsiz və ekoloji cəhətdən sərfəli nəqliyyat vasitəsi olub. Şəhər nəqliyyatı olan tramvayların yenidən Bakı yollarına qayıtması üçün müəyyən şərtlər nəzərə alınmalıdır. Ekspert deyir ki, tramvay xəttinin şəhərin mərkəzində çəkilməsi yenə də mümkündür. Ekspertlər deyir ki, tramvay xətti Nobel prospekti,Zığ şossesi, Bibiheybət istiqamətində yolların yükünü əhəmiyyətli dərəcədə azala bilər. Şəhərin mərkəzinin nəqliyyat yükünü qismən azaldacaq tramvay xəttinin son dayanacağının Hövsanda olması planlaşdırılır. Müvafiq təhlillər bitdikdən sonra layihənin ilkin variant ilin sonunda təqdim olunacaq. Fikrini soruşduğumuz Hövsan sakinləri tramvay xəttinin əlverişli və sərfəli ola biləcəyini düşünürlər. Artıq Bakı Nəqliyyat Agentliyində ilkin layihənin üzərində müzakirələr aparılır. Dövlət qurumları ilə kordinasiyalı şəkildə müzakirələr aparılır. Təkliflər irəli sürülür. Dünyanın inkişaf etmiş nəqliyyat sisteminə malik əksər ölkələrində mükəmməl tramvay xətləri var. Amma ekspertlər deyir ki, çəkiləcək tramvay xətti ilk növbədə Bakının infrastrukturuna uyğunlaşdırmalıdır. Əks halda bu, yalnız turistlər üçün gəzinti vasitəsinə çevrilə bilər.


Create Account



Log In Your Account