Mar 25 2019 18:13
Views: 341

Novruz tətili günlərində Bakıda turist qələbəliyi müşahidə olunur. Paytaxta ziyarətə gələn turistlər bayram günlərində təşkil olunan tədbirlərdə fəal iştirak edir. Şəhərin memarlıq nümunələrini görən turistlərdə tarixi İçərişəhər və müasir Bakının siması rəngarəng təəssüratlar oyadır. Havanın soyuq olmasına baxmayaraq şəhərdə bayram abu-havası hələ də hiss olunur.

Novruz bayramı qonşu ölkələrdə də qeyd olunur. Bununla belə bu milli bayramı Bakıda keçirmək istəyənlərin sayı ildən-ilə artır. Xüsusilə Novruz tətili günlərində şəhəri ziyarət edənlərin sırasında iranlı turistlər daha çoxdur.  Onlar ailəlikcə səfər etməyə daha çox  üstünlük verir, Novruz şənliklərində əylənirlər.

Tətil günlərində Bakıya ilk dəfə səfər edən turistlər şəhərin görməli yerlərini gəzməkdən doymurlar. Şəhərin tarixi mərkəzini gəzən turistlər müasir Bakının rəmzi sayılan məkanlarla da maraqlanırlar. Novruz tətili günlərində turist axını müşahidə olunan məkanlardan biri də Nizami küçəsidir.

Bayram tətili günlərində Bakını ziyarət edənlər turistlər deyir ki, buradan böyük təəssüratlarla dönəcək və mütləq dostları, yaxınlarına buraya gəlməyi tövsiyə edəcəklər.


Create Account



Log In Your Account