Sep 14 2019 17:23
Views: 285

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyinə silsilə tədbirlər Bakıda və şairin doğulduğu Şamaxıda keçiriləcək. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalında bir sıra yeniliklər olacaq. Festivalda bu il ilk dəfə Nəsiminin seçilmiş qəzəlinə bir sıra tədqiqatçı və şeir bilicisi öz şərhini verəcək, həmin təfsirlərin müzakirəsi olacaq. Əsas məqsəd isə şairin yaradıcılığının təbliğidir. 

Festivalın proqramına 30 tədbir daxil edilib. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şairlər, alimlər və filosoflar mühazirələrlə çıxış edəcək. Nəsimi və onun davamçısı olduğu hürufilik haqda kitabların təqdimatları da keçiriləcək.  Musiqi layihələrinin və səhnəciklərin təşkili nəzərdə tutulub. Təşkilatçılar deyir ki, tədbirlərin hamısı bir-biri ilə əlaqəlidir və şairin sevdiyi mənəviyyat mövzusuna aiddir.

Şamaxıda İmadəddin Nəsimiyə həsr olunmuş müasir incəsənət instalyasiyasının açılışı təşkil olunacaq. Həmçinin festival çərçivəsində keçirilən bəzi müsabiqələrin nəticələri açıqlanacaq. Festvialın bağlanış mərasimi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Proqrama əsasən Azərbaycanın incəsənət xadimləri, həmçinin ABŞ, Türkiyə, İran, İordaniya və Mərakeşdən gələn  musiqiçilər, ifaçılar çıxış edəcək. Əsas məqsəd Nəsimi yaradıcılığının xaricdə təbliği , həmçinin oxucuları dahi Azərbaycan şairi və mütəfəkkiri ilə daha yaxından tanış etməkdir. Təsadüfi deyil ki, 2019-cu il Azərbaycanda Nəsimi ili elan olunub. Onun şeirləri, qəzəlləri əsasında musiqilər yazılır, rəsmlər çəkilir və kitablar nəşr olunur.   


Create Account



Log In Your Account