Oct 12 2019 16:27
Views: 224

Bakıda velosiped yollarının salınmasına başlanılıb. Şəhərin mərkəzi küçələrinin hamısında bu işlərin aparılması panlaşdırlır. İndi bu işlər Puşkin parkının yaxınlığında görülür. Ekspertlər bildirir ki, velosiped sürənlərin sayının artması onu göstərir ki, əhali arasında sağlam həyat tərzinə maraq yüksəlir. Onların marağını təmin etmək üçün dövlətin bu cür layihələr icra etməsi sevindirici haldır. 
Velosiped sürməyin insan sağlamlığına böyük faydası var. Digər tərəfdən, maşınlara nisbətən, bu nəqliyyat həm də ətraf mühitə xeyirlidir. 
Velosipeddən istifadə həm də yol nəqliyyat hərəkəti baxımımdan əhəmiyyətlidir. Çünki maşın sayı nə qədər az olarsa, yollarda bir o qədər tıxac azalar. Düzdür, bizdə hələləik bu proses yeni başlayır. Amma gələcəkdə şəhər sakinlərinin rahatlığı baxımından, velosiped üçün daha çox parklanma yerlərinin salınması nəzərdə tutulub. 
Hələlik Bakıda 7 km uzunluuğunda velosiped yolunun çəkilməsinə başlanılıb. Yolun çəkilişi üçün kirəmit və sarı rəngli qranitdən istifadə olunur. Bu da həmin yoldan görmə qabiliyyəti zəif olanların da istifadəsinə imkan verəcək.


Create Account



Log In Your Account