Nov 24 2018 17:59
Views: 288

Bu gecə demək olar ki, tamamilə poeziyaya bürünüb. Mayakovskinin, Blokun, Pasternakın və Sovet vaxtı qadağan olunan digər şairlərin şeirləri böyük sənətkar Veniamin Smexovun ifasında səslənib. Bakı tamaşaçıları onlarla filmdə rol alan aktyoru bu gecə yenidən kəşf etdilər. özünün də dediyinə görə, onun poeziyaya xüsusi münasibəti var.
Aktyor yarım əsrdən çox çalışdığı Taqankdakı teatr barədə xatirələrini bölüşüb. Lyubimovla işləməsi, Vladimir Vısotski ilə olan maraqlı macəralarından danışıb. Aktyor 20-ci əsrin əvvəllərində bir neçə dəfə Azərbaycan paytaxtında olan Vladimir Mayakovskinin Bakı haqqında şeirlərini də səsləndirib. Smexov özü isə ilk dəfədir Bakıya gəlib. paytaxtımızla tanışlığın onda böyük təəssüratlar yaratdığını deyir.
Veniamin Smexova ümumittifaq şöhrətini onun Üç muşketyor haqqında filmdə oynadığı Atos obrazı gətirib. Amma aktyor üçün teatr hər zaman birinci yerdə olub. o, həmçinin rejissor işləri, kitabları və sənədli filmləri ilə məşhurdur.  Smexovun sözlərinə görə, o işdə bir sadə qaydanı əsas götürür.
Veniamin Smexovla görüş 2 saata yaxın davam edib. Tamaşaçılar sevimli aktyoru uzun müddət səhnədən buraxmayıb, ona yaradıcılığı, poeziya və həyata baxışları ilə bağlı çox sayda suallar ünvanlayınlar. Aktyor isə heç bir sualı cavabsız qoymayıb.


Create Account



Log In Your Account