Sep 14 2019 17:07
Views: 556

1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası”nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak “Sentrokaspi” hökumətinin nəzarətində idi. Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi ingilis hərbçilərin son dəstəsi də şəhəri tərk edib. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. Bununla da 15 sentyabr Azərbaycan taruixinə ən mühüm günlərdən biri kimi daxil oldu. Bu tarix hər il Azərbaycanda xüsusi qed olunur.

Nuru Paşanın komandanlığı altında Azərbaycan-türk hərbi qüvvələri Bakıya daxil olaraq  şəhəri “Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizlədi.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Bu gün Azərbaycanda 14 şəhidlikdə 1130 türk əsgərinin məzarı var. Bakıda Şəhidlər Xiyabanında bakının işğaldan azad olunması uğrunda döyüşlərdə həlak olmuş türk əsgələrinin şərfinə Türk Şəhidliyi abidəsi ucaldılıb.  


Create Account



Log In Your Account