Jul 03 2019 12:28
Views: 222

Son aylar ərzində 212 tikinti layihəsi təsdiq edilib. Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib.  Bu layihələrin böyük əksəriyyətinin Bakı ərazisinə aid olduğunu qeyd edən Samir Nuriyevin sözlərinə görə, bu da 1 milyon 800 min kv metrə ərazidə tikintinin planlaşdırılması anlamına gəlir. Tikinti şirkətləri təqdim etdikləri bu layihələr tikintiyə dair normativ tələblərə tam cavab verir.  
Samir Nuriyev çoxmənzilli binaların istismara qəbul olunması ilə bağlı bu ilin əvvəlində prezident İlham Əliyevin imzaladığı fərmanın icrası ilə bağlı da danışıb. Fərmanı “inqilabi” adlandıran komitə sədri qeyd edib ki, bu ilin sonuna kimi çoxmənzilli binaların istismara qəbulu ilə bağlı işlər başa çatdırılmalıdır. Bu günə qədər Bakı şəhəri üzrə 59 ünvanda yerləşən tikinti layihəsinin istismarına icazələr rəsmiləşdirilib.  
Komitə sədri Bakının baş planının həyata keçirilməsi məsələsinə də toxunub. Müxtəlif dövlət orqanlarının hazırda bununla əlaqədar layihələr planlaşdırdığını qeyd edən Samir Nuriyev deyib ki, ilk növbədə strateji layihələr barədə aidiyyəti dövlət qurumlarına müraciətlər edilir. Bu layihələrdən bəziləri prioritetləşdiriləcək.

 


Create Account



Log In Your Account