May 23 2019 19:09
Views: 406

Bakının Yasamal rayonunda, keçmiş Sovetski adlanan ərazidə salınan Mərkəzi Park şəhər sakinlərinin istirahəti üçün açıqdır. Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Burada 2 mindən artıq müxtəlif növ ağaclar, gül və kol bitkiləri əkilib. Kifayət qədər böyük ərazini əhatə edən Mərkəzi Parkda vətəndaşların rahatlığı və təhlükəsizliyi nəzərə alınıb. Bir sıra yeniliklər tətbiq olunub.

Parkın yaşıllaşdırması zamanı flora və iqlim mühiti təhlil edilərək əraziyə uyğun bitki və ağaclara üstünlük verilib. Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasında ilin bütün fəsilləri nəzərə alınıb. Burda yaşıllıqları suvarmaq üçün müasir sistemlərə uyğun olaraq 6,5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xətlər də çəkilib. Park salınarkən burda tarixi əhəmiyyətli su quyuları aşkar edilib.

Mərkəzi Parkın ən hündür nöqtəsindən Bakının möhtəşəm mənzərəsini seyr etmək mümkündür. Bunun üçün burda binokl quraşdırılıb.  Görülən işlər çərçivəsində Təzəpir məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş imkanı da olacaq. Həmçinin Füzuli meydanı ətrafındakı ərazi yenidən qurulub, burada əhalinin təhlükəsiz hərəkəti üçün piyada keçidinə yeni giriş yaradılıb. 

Parkın ərazisində Mirzəağa Əliyev küçəsi və Təzəpir məscidi arasında müasir standartlara cavab verən 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib.


Create Account



Log In Your Account