Sep 13 2019 15:17
Views: 224

101 il bundan öncə sentyabrın 15-də Bakı erməni bolşevik işğalından azad edilib. 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhərdə olan erməni-bolşevik işğalına son qoyub. Bundan 2 gün sonra isə ölkənin paytaxtı Gəncədən Bakıya keçirilib. Bakının erməni bolşevik işğalından azad edilməsi həm də Azərbaycanın müstəqilliyə qovuşması demək idi.

Osmanlı qoşunları Azərbaycanda həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verib. Azərbaycan müstəqilliyini bərpa etdkdən sonra Bakıda Şamaxıda, Göyçayda və digər rayonlarda Şəhid olan türk əsgərlərin xatirəsi əbədiləşdirilib.

Bakının Türk ordusu tərəfindən bolşevik-daşnaklardan azad edilməsi şəhərdə əsl bayram kimi qeyd olunub. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə indiki Dövlət Filarmoniyasının binasında təntənəli ziyafət təşkil edib. 1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət də Türkiyə olub.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı, Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə keçirilən tədbirdə də Bakının erməni-bolşevik işğalçılarından azad olunmasının 101 illiyi qeyd edilib. Tədbirdə Qarabağ qaziləri, Azərbaycanın görkəmli mədəniyyət xadimləri, tarixçilərlə yanaşı, Türkiyədən qonaqlar da iştirak edib.


Create Account



Log In Your Account