Nov 03 2018 18:23
Views: 988

Fantaziya Mədəni İrs Festivalı çərçivəsində Bakının tarixi küçə və abidələrinə  turlar təşkil olunub. Şəhər sakinləri və ölkəmizə gələn turistlər  bu imkandan yararlanaraq bələdçilərin müşayiəti ilə  şəhərin görməli yerlərinə baş çəkiblər.Təşkil olunan turda özünəməxsus üslubu və  gözəlliyi ilə seçilən alman arxitekturasına məxsus olan tikililər və abidələr göstərilib. Bələdçilər yerli və xarici qonaqlara Alman-Azərbaycan  tarixi mədəni əlaqələrindən, almanların bura köçərək yerli xalqla qaynayıb qarışmasından, Azərbaycan şəhərlərinin  memarlığında qoyduqları izlərdən danışıb. iki xalq arasında dostluq ənənələrinin bu gün də  uğurla davam etdiyi diqqətə çatdırılıb.  Əcnəbi qonaqlar Azərbaycanda Şərqlə Qərb memarlığının ahəngdarlığını təcəssüm etdirən tarixi tikililəri böyük maraqla izləyib.
Noyabrın 1-dən 10-dək davam edəcək festivalda məqsəd Bakının mədəni irsinin saxlanmasıdır. Bu çərçivədə maraqlı, maarifləndirici eyni zamanda, əyləncəli tədbirlər keçirilir. Xatırladaq ki festival Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “2018-ci il Avropa mədəni irs İli" çərçivəsində keçirilir. Festival çərçivəsində  konsert proqramları, sərgilər, konfranslar təşkil olunacaq, filmlər nümayiş etdiriləcək.


Create Account



Log In Your Account