Jan 21 2020 20:11
Views: 158

Yaxın vaxtlarda Bakıda elektriklə işləyən taksilərə rast gəlmək mümkün olacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elekriklə işləyən 100 London taksisi sifariş edib ki, qarşıdakı 3 ay ərzində bu elektromobillərin paytaxtımıza gətirilməsi planlaşdırılır. Ekspertlər də hesab edir ki, elektromobillərin kütləvi olaraq istifadəsi yaxın gələcəkdə görə biləcəyimiz trendlərdən biridir. Elektromobillərin populyarlaşması üçün bir sıra səbəblər var ki, bunlardan biri, bəlkə də birincisi bu maşınların ekologiya üçün ideal nəqliyyat vasitəsi hesab olunmasıdır. Bu baxımdan, artıq qonşu Türkiyədə ilk addım atılıb. 2021-ci ildə inşası başa çatacaq zavodda ildə 175 min elektromobil istehsalı nəzərdə tutulur. Nəqliyyat sektorunda elektomobilin inkişafını müzakirə etmək üçün Azərbaycan Texniki Universitetinə Türkiyədən dəvət olunmuş digər professor, bu ölkədə elektromobil sahəsində aparıcı şirkətin rəhbəri olan Kerem Odabaşı Azərbaycanın bu sahədə böyük potensialı olduğunu bildirir.


Create Account



Log In Your Account