May 07 2019 18:55
Views: 245

"Bakı yalnız inkişaf etməyib, o, keyfiyyətcə də yeni səviyyəyə yüksəlib”. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Memarlar İttifaqının Bakı Şəhər Icra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə "Bakının şəhərsalma inkişafı" mövzusunda keçirdiyi plenumda deyib. Bildirib ki, Bakının gələcək inkişafını sürətləndirmək üçün yeni baş plan hazırlanır. Eldar Əzizovun sözlərinə görə, sürətli və ciddi inkişaf bəzi problemlərin yaranmasına da səbəb olur. “Onları həll etmək, ehtiyacları müəyyən etmək çox vacibdir. Buna görə də müvafiq qurumlarla birgə işlər aparılır" - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı belə deyib. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakı şəhərinin Baş planının beynəlxalq standartlara uyğun və ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunmasının vacib olduğunu deyib. Bu məqsədilə dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən biri – “Boston Consulting Group” əməkdaşlığa cəlb edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində layihənin ikinci mərhələsinin bütün icraçılarının – “AS+P”, “Boston Consulting Group” şirkətləri və Bakı Dövlət Layihə İnstitutunun işçi görüşü təşkil olunub, növbəti addımların və qarşıdakı prosesin detalları müzakirə edilib.

Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılıb. İnsanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilib. "Bakının şəhərsalma inkişafı" mövzusunda keçirdiyi plenum layihə icraçılarının Azərbaycan memarları ilə ilk görüşüdür.

Görüşdə aidiyyəti dövlət orqanlarının, ictimai birliklərin müstəqil ekspertləri iştirak edib. Plenumda Baş planın strateji istiqamətləri ilə bağlı müzakirələr aparılıb,təkliflər dinlənilib.

 


Create Account



Log In Your Account