Sep 16 2019 18:10
Views: 186

Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan. Bu fikirlər Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Facebook” sosial şəbəkəsində paylaşdığı statusda yer alıb. Əli Həsənov qeyd edib ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxta çevirilməsində misilsiz tarixi rol oynadı. Əli Həsənov Azərbaycanda hər zaman Nuru Paşanın və bu ordunun şəhidlərinin xatirəsinə böyük ehtiram göstərildiyini qeyd edib. Bakının işğaldan azad edlməsinin 101-ci ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə yürüş təşkil olunub.  “N” saylı hərbi hissədən yola çıxan avtomobil karvanı Qobustan rayonundakı Acıdərə Türk Şəhidliyinə yola düşüb. Yürüş iştirakçıları Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə 101 Azərbaycan, 101 Türkiyə bayrağı daşıyıblar. Acıdərə Türk Şəhidliyi ziyarət olunub. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Qeyd olunub ki, 101 il əvvəl olduğu kimi bu gün də Azərbaycan və Türkiyə ərazi bütövlüyü və torpaqlarının müdafiəsi uğrunda bir-birinə dəstək verir.

Bakının erməni-daşnak işğalından azad edilməsinin ildönümü münasibətilə Bakıdakı Türk şəhidliyi də ziyarət olunub.

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Türkiyə səfirliyində keçirilən tədbirdə isə Türkiyədən gəlmiş qazilər, istefada olan türk hərbçilər, Türkiyə və Azərbaycan Ordusunun rəsmiləri, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə 101 il öncənin əsgər mahnı və marşları səsləndirilib. Hər iki ölkənin milli rəqsləri ifa olunub. Bu rəqslərə Türkiyədən gəlmiş qazilər də qoşulub.


Create Account



Log In Your Account