Oct 21 2019 18:45
Views: 584

Bakıda sentyabrın 28-dən oktyabrın 18-dək keçirilən bal yamarkasında 110 ton arıçılıq məhsulu satılıb. Bu barədə yarmarkanın yekunlarına dair keçirilən mətbuat konfransında Aqrar Tədarük və Təchizat ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova məlumat verib. Bildirib ki, yarmarkada iştirak etmək üçün ümumilikdə 127,5 ton bal, 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib.  Məhsullar Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarında yoxlanıldıqdan sonra keyfiyyət göstəriciləri uyğun olan 122,5 ton arıçılıq məhsulu satış buraxılıb.


Create Account



Log In Your Account