Nov 06 2019 19:40
Views: 249

Taekvondo Koreya döyüş sənətidir. Bu idman növünü seçən idmançı zərbə yetirməklə yanaşı, zərbələrə duruş gətirməyi də bacarmalıdır. Eynən balaca Yusif kimi. Uşaq Paralimpiya oyunlarında Yusif 2 dəfə qalib gəlib. Bu dəfə həm Yusif, həm də rəqibi Rəsul da qalib gəlmək arzusundadır. 
Balaca taekvondoçular paralimpiya millimizin baş məşqçisinin rəhbərliyi altında fiziki məhdudiyyəti olmayan yaşıdları ilə birgə məşq edirlər. Bu cür məşq prosesi uşaqların həyatına bir sıra dəyişikliklər gətirir. Və burada söhbət təkcə fiziki göstəricilərin yüksəldilməsindən getmir. 
Uşaq paralimpiya oyunları Azərbaycanda ənənəvi olaraq keçirilir. 2014-cü ildən bəri oyunlarda iştrak edən idmançıların da, idman növlərinin də sayı artıb. Bununla bərabər paralimpiya oyunlarının  coğrafiyası da genişlənib. Artıq Gürcüstandan olan uşaqlar da Azərbaycanda keçirilən oyunlara qatılır. Bunu paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov oyunlara həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, yarışlardan bir gün qabaq yarışların “Yenilməzlər” adlı qala təqdimatı keçiriləcək.

 


Create Account



Log In Your Account