Jan 14 2019 18:57
Views: 384

Azərbaycanda "Yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi məqsədilə yaradılan Balaxanı Sənaye Parkında bu il daha 3 rezident və 2 müəssisə fəaliyyətə başlayacaq. Bu müəssisələr əsasən təkrar emalla məşğul olacaqlar.Yaxın zamanlarda işə düşəcək müəssələrdən biri işlənmiş qida yağlarından  bio dizel  mühərrikləri üçün xammal istehsal  edəcək. Digər bir müəssə isə polietilendən müxtəlif  rəngdə yapışgan lentlər hazırlayacaq. Sənaye parkının  yeni rezidentlərindən  biri də işlənmiş kartonlardan meyvə altlıqları düzəldəcək.

Hazırda Balaxanı Sənaye Parkının 14 rezidenti var. Onlardan hələlik  5-i fəaliyyət göstərir. Əlavə olunan  daha  9 rezindent 11 istehsalat  sahəsi üzrə fəaliyyət göstərəcək. Sənaye Parkının fəaliyyətdə olan müəssələrdən biri  mebel, masa, stul və süngər   istehsalı ilə məşqul olur. İlk vaxtlar balaca sex şəkilində işə başlasalar da istehsal olunan mallara  təlabat artdığı üçün ərazi rezidentin istəyi ilə  əlavə 1000 kvadrat metr genişləndirilib.Hazırda müəssədə 120 nəfərdən artıq işçi istehsalat prosesinə çəlb olunub.

Fəaliyyət göstərən  digər müəssə isə  plastik qabların hazırlanması üçün   xammal emal  edir. Bu müəssədə paytaxt ərazisindən toplanan   plastik qablar   təkrar emal edilir və əldə olunan  müxtəlif rəngli xammal  digər ölkələrə  ixrac olunur. Sənaye parkının  daha bir müəssəsi kağız və karton istehsalı ilə məşquldur. Müəssə şirniyyatların, ərzaq məhsullarının qablaşdırılmasında istifadə olunan qutuların, torbaların istehsalını həyata keçirir.

Müəssədə hazırda 28 işçi çalışır.  Burada ay ərzində   60-80 ton  kağızdan istifadə etməklə  lazımı məhsullar əldə edir.Kağız məhsullarının istehsalı üçün lazım olan xammal xaricdən gətirilsə də  təkrar emala da böyük üstünlük verilir.

Hazırda  Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən ümumilikdə 37 milyon  manatdan çox  investisiya yatırılıb. Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin əksəriyyətindən çıxan  "təkrar emal məhsulu”, yaxınlıqda fəaliyyət göstərən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodundan daşınaraq yenidən  emal edilir.


Create Account



Log In Your Account