Jul 23 2019 18:22
Views: 233

Respublikada balıqçılığın inkişafı dövlətin qarşısında duran prioritet vəzifələrdən biridir. Bu barədə Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının yaradılmasına həsr olunan tədbirdə səsləndirilib. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Araz İsmayılov yaradılan İctimai Birliyin məqsədini açıqlayaraq bildirib ki, assosiasiyanın yaradılması günün tələblərindən irəli gəlir və ölkədə balıq istehsalının artmasına, ixracına dəstək verəcək. Tədbirdə, həmçinin İctimai Birliyin İdarə heyəti formalaşıb və üzvləri seçilib.


Create Account



Log In Your Account