May 01 2019 14:44
Views: 182

Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda bir sıra məsələlər, eləcə də, Yaxın Şərq və Şimali Afrika, Qafqaz və Mərkəzi Asiya ölkələri çərçivəsində sülhün təşviqi və insan haqlarının möhkəmləndirilməsi ilə bağlı birgə fəaliyyətlərin görülməsi nəzərdə tutulub. Daha sonra “Mənim kəndim, mənim vətənim” layihəsi çərçivəsində hazırlanan sərgiyə baxış keçirilib. Sərgidə Azərbaycanın işğal olunmuş və təmas xəttinə yaxın ərazilərində dağıdılmış tarixi-mədəni abidələri, xarabalığa döndərilmiş yaşayış məskənlərini, ekoloji fəlakəti əks etdirən şəkil-posterlər nümayiş etdirilib. Şəkillərin əksəriyyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti dövründə çəkilib və ilk dəfədir ki, nümayiş etdirilib.


Create Account



Log In Your Account