May 06 2019 18:21
Views: 452

Beynəlxalq Muğam Mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin beş illik yubileyi qeyd olunub. Tədbir Azərbaycan multikulturalizminin siyasi banisi, milli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. Mərkəzin 5 illik fəaliyyətinə nəzər salınıb, Azərbaycanda qədim ənənələri olan multikulturalizmin bütün dünyada təbliğ olunmasında mərkəzin rolundan danışılıb.

Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycanın multikulturalizm modelinin siyasi banisi məhz ulu öndər Heydər Əliyevdir. Onun uzaqgörən siyasəti olmasaydı, bu gün Azərbaycanda xalqlararası dostluqdan, mədəniyyətlərarası dialoqdan, dinlərarası dialoqdan danışmaq mümkün olmazdı. Bu gün həmin siyasət uğurla davam etdirilir.


Create Account



Log In Your Account