Jan 23 2019 18:12
Views: 436

Bakı Ali Neft Məktəbində beynəlxalq telekommunikasiya sahəsində aparıcı şirkət olan «Huawei»  Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov  «Huawei» ilə əməkdaşlığı yüksək qiymətləndirdiklərini bildirib. Qeyd edib ki, əməkdaşlıq çərçivəsində informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi planlaşdırılır.

Nümayəndəliyin rəhbəri Çnlin Li bildirib ki, təmsil etdiyi şirkət beynəlxalq ixtisaslı mütəxəssislərin hazırlandığı Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Şirkət ali məktəbə bu prosesdə hər tərəfli dəstək olmağa hazırdır.

Bakı Ali Neft Məktəbi ilə “Huawei»  şirkəti arasında imzalanan memorandum çərçivəsində yüksək peşəkar mühəndislərin hazırlanması üçün ali məktəbə texniki, elmi-metodiki və təşkilatı dəstək  veriləcək. Sazişə əsasən, ali məktəbin kitabxanası metodiki audio və videomateriallarla təmin olunacaq, kampusda ixtisaslaşdırılmış elmi laboratoriya yaradılacaq və kompüterlə təchiz olunacaq. Bununla yanaşı, Huawei  tələbələr üçün treninqlər təşkil edəcək və onları bir sıra təcrübə proqramlarına cəlb edəcək. Hazırda 1 milyarddan çox abonenti olan   və dünyanın 170 ölkəsində fəaliyyət göstərən şirkətdə 180 min əməkdaş çalışır.


Create Account



Log In Your Account