Jun 20 2019 19:14
Views: 196

“Azərbaycanda dövlət müəssisələrin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması yolunda böyük işlər gedir.”. Bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dayanıqlı inkişafı haqda hesabatın təqdimatına həsr olunmuş tədbirdə deyib. Qeyd edib ki, Dayanıqlı inkişafın məqsədləri hər bir şirkət və müəsisənin daxili strukturu vasitəsi ilə təyin edilməlidir

Azərbaycanın ali təhsil müəssisələri arasında  dayanıqlı inkişaf haqda hesabatı təqdim edən ilk müəssisə Bakı Ali Neft Məktəbi olub. Yerli şirkətlər arasında isə SOCAR ilk olaraq hesabatı təqdim edib.

Hesabat ali təhsil ocağının iqdisadi, sosial və ekoloji sahədə fəaliyyətinin nəticələrinin qeyd olunduğu jurnal formatında təqdim olunub.

Jurnalda universitetin qarşıya qoyduğu məqsədlər, təhsil səviyyəsinin artırılması, Beynəlxalq standartlara uyğunluq, Universitetdə təhsil alan tələbələrə yardım məsələləri də yer alıb. Qeyd edək ki, hesabat beyləxalq standartlar əsasında hazırlanıb və iki ildən bir nəşr olunacaq.


Create Account



Log In Your Account