Mar 29 2018 15:54
Views: 583

Batumi Azərbnaycanlıların təkcə istirahət etdiyi məkan deyil. Şəhərdə turizmin inkişafında soydaşlarımızın da payı var. Azərbaycanlı iş adamlarının da sərmayə yatırdığı şəhər Qara dənizin sahilində yerləşir. 17 kilometr uzunluğu olan bulvarda gürcü əlifbasının 33 hərfindən insan DNT-si fomasında quraşdırılan qüllə, 1860-cı ildə Osmanlı imperiyasnın tikdiyi və indi də işləyən mayak, Türklərin 1990-cı illərdə tikdikləri sonradan isə “Çaça qalası” kimi istifadə olunan məscid, Qurban Səidin azərbaycanlı gənclə gürcü qızının sevgisindən bəhs edən “Əli və Nino” romanının qəhrəmanlarının heykəli yerləşir.

2009 –cu ildə tikilən Piazza meydanı isə otel, kafe və pivəxanaların yerləşdiyi məkandır. Avropa şəhərinə bənzədilən bu ərazidə 1865-ci ildə yunanların Osmanlı sultanından xahiş edərək, tikdiyi Müqəddəs Nikolay kilsəsi var. O vaxt türklər kilsənin tikintisinə icazə versələr də, kilsə zənginin çalınmasını qadağan ediblər.

Dünyanın ən zəngin Botanika bağlarından biri də Batumidə yerləşir. Şərqi Asiya, Şimali Amerika, Yeni Zellandiya, Cənubi Amerika, Himalay, Meksika və Avstraliyadan gətirilən bitki və  ağacların əkildiyi bağı 1912-ci ildə coğrafiyaşünas Andrey Krasnov  salıb.

Yaşıl təbiətə vurğun olanların seçdiyi məkanlardan biri də 50 metrdən çox hündürlüyü olan Maxunseti şəlaləsidir. Şəlalənin yanında 12-13-cü əsrlərə aid  Tamara körpüsü yerləşir. Batumidə yerləşən Borcqalo Etnoqrafik muzeyi isə gürcülərin yaşayış dövrləri ilə mərhələli şəkildə tanış olmaq imkanı yaradır.

Bura  Qədim romalıların hərbi məntəqəsi kimi yaradılmış 1-ci əsrə aid Qonio –Apsaros qalasıdır. Qala müxtəlif zamanlarda gürcü Kolxidasının, Bizans, Osmanlı imperiyalarının və çar Rusiyasının tərkibində olub.

 

 


Create Account



Log In Your Account