Feb 18 2019 16:06
Views: 336

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışına yekun vurulub. Dünya Kuboku yarışının Olimpiadaya təsnifat xarakteri daşıması builki turnirə marağın artmasına səbəb olub.

Turnirin ikinci günündə batut gimnastikasının fərdi və sinxron proqramları, həmçinin tamblinq üzrə final yarışları keçirilib. Dünya Kuboku yarışlarının qalibi rusiyalı Vadim Afanasyev olub. Qadın batutçular arasında fərdi proqram üzrə yarışlarda Çin idmançısı Linqlinq Liu qalib olub. Belarus idmançısı Vladislav Xançarov kişi batutçular arasında fərdi proqram üzrə yarışlarda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan idmançısı Mixail Malkin tamblinq yarışlarının final mərhələsində 74,600 xalla gümüş medal qazanıb.

Yaponiyalı gimnastlar Daiki Kişi və Ryosuke Sakai kişi batutçuların sinxron proqramında qalib gəliblər. Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan batut gimnastikası üzrə səkkiz Dünya Kuboku yarışı keçiriləcək. Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya Kuboku keçirilib.


Create Account



Log In Your Account