Dec 29 2018 16:51
Views: 315

Bayram günlərində ölkə əhalisini əsasən mülayim hava şəraiti gözləyir. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Qeyd edilib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə paytaxtda havanın az çiskinli olacağı ehtimal edilir: “Dekabrin 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilsə də, səhər və axşam saatlarında bəzi yerlərdə az çiskinli olacağı ehtimal edilir. Mülayim şimal küləyi üstünlük təşkil edəcək. Yanvarın 1-də isə gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir”. 

 


Create Account



Log In Your Account