Mar 19 2019 18:13
Views: 482

Novruz Bayramı Bakı metrosunda özünəməxsus qeyd olunub. Metronun İçərişəhər stansiyasında Novruz şənliyi təşkil olunub. sabah da davam edəcək şənlikdə qədim milli xalq tamaşasının personajları olan Bahar qız, eləcə də qışla yazın mübarizəsini canlandıran Keçəl və Kosa şən səhnəcikləri, zarafatları ilə, sərnişinlərə xoş anlar bəxş edəcəklər.

Sərnişinlər də Bakı Metropoliteninin onlara hazırladığı sürprizdən məmnundur. Xüsusilə paytaxtımızın qonaqları bunu böyük maraqla qarşılayıblar.

Balaca sərnişinlər üçün isə özünəməxsus sürpriz var. belə ki, Novruz şənliyində həm illüziya proqramı da təqdim olunacaq. Uşaqlara Novruz sovqatları da təqdim olunub. Bayram günlərində sərnişinlər sürpriz qatarla da qarşılaşa bilərlər.

Retro qatar turistlərin də böyük marağına səbəb olub.

Qeyd edək ki, bayram günlərində "Bakı Metropoliteni" QSC bir neçə stansiyada artıq ənənə halını almış milli muğam üçlüyü və simli kvartetin ifasında konsert proqramlarını da təqdim edəcək.


Create Account



Log In Your Account