Aug 12 2019 19:53
Views: 263

Qurban bayramı münasibətilə səhər saatlarından etibarən paytaxtın bir çox rayon və qəsəbəsində qurbanlıqların satışı və kəsimi həyata keçirilib. Bu il Bakı da daxil olmaqla respublikanın 30-a yaxın nöqtəsində bayram yarmarkaları təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Kənddən şəhərə” yarmarkalarında aztəminatlı ailələrin maddi durumu nəzərə alınaraq standart qiymətlər təyin olunub. Bu il qurbanlıq heyvanlar çəkisinə uyğun olaraq 160, 170 və 180 manata satışa çıxarılıb.
Bu dəfə innovativ metod olaraq ilk dəfə vətəndaşlara qurbanlıq qoyunları onlayn sifariş etmək və növbə götürmək imkanı yaradılıb. Yarmarkanın saytında qeydiyyatdan keçən vətəndaşlar yarmarka keçirilən günlərdə qurbanlıq qoyunu növbəsiz əldə ediblər. Bu xidmətdən Bakı, Sumqayıt və Abşeron rayonu üzrə ümumilikdə 700 vətəndaş yararlanıb.
Bu il bayram günlərində bütün ölkə üzrə 44 daimi və 30 çadır tipli müvəqqəti heyvan kəsimi məntəqəsi əhaliyə xidmət edir. Burda heyvan kəsimi, heyvanın soyulması və hazırlanması, son olaraq isə vətəndaşların istəyi ilə qurbanlıq heyvanın çeşidlənməsi və qablaşdırılması həyata keçirilir. Bu il kəsim məntəqələri bayram yarmarkaları ilə eyni məkanlarda təşkil olunub. Daimi kəsim düşərgəsinin 12-si, mobil kəsim məntəqələrinin 19-u paytaxt Bakının ərazisində yaradılıb. Qida Təhlükəsizliyi Agentliyi  vətəndaşlara müraciət edərək onların  sanitar- gigiyena tələblərinə cavab verən yerlərdə kəsimi həyata keçirməyə çağırıb.
Yarmarkalarda əsl bayram ab-havası müşahidə olunub. Bayramın ilk günü kəsim məntəqələrinin qarşısında uzun növbələr yaranıb.
Qeyd edək ki, bu il ümumilikdə yarmarkalarda 25000-dən artıq qurbanlıq qoyun satışa çıxarılıb. Bayram genlərində respublikanın müxtəlif rayonlarından 9 mindən çox xırda buynuzlu, 300-ə yaxın iri buynuzlu heyvanın Bakı şəhərinə gətirilməsi nəzərdə tutulub.


Create Account



Log In Your Account