Mar 05 2018 18:51
Views: 1278

Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, ötən il müxtəlif idman növləri üzrə keçirilən beynəlxalq yarışlarda idmançılarımız 851 medal qazanıblar. 2017-ci ildə Braziliyada keçirilən Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan 14-cü yeri tutub. Dövlət qayğısı nəticəsində Azərbaycan dünyada idman dövləti kimi tanınır. Ötən müddət ərzində Azərbaycan Birinci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi oyunları kimi mötəbər turnirlərə ev sahibliyi edib. Bu bir daha göstərir ki, bu gün idman Azərbaycanda özünün ən yüksək inkişaf dövrünü yaşayır.
Bədən tərbiyəsi və idman günün münasibətilə Bakıda veloyürüş təşkil olunub. Veloyürüşə müxtəlif yaş kateqoriyalarından olan velosiped həvəskarları qatılıblar. Onlar Şəhidlər Xiyabanından Fəvvarələr meydanınadək yürüş ediblər. Meydanda təşkil olunan İdman festivalında 40-dan artıq idman federasiyasiyasının stendləri nümayiş etdirilib. Burada ənənəvi idman növləri ilə yanaşı, yeni yaranan idman növləri də təmsil olunub.
İdman Festivalında fərqli idman növləri üzrə çıxış edən idmançılar öz bacarıqlarını nümayiş etdirdilər. Eyni zamanda, Bakı sakinləri və turistlərə müxtəlif idman növləri ilə praktiki məşğul olmağa imkanı yaradılıb. Festival musiqi proqramı ilə davam edib.


Create Account



Log In Your Account