Jun 05 2019 18:21
Views: 824

Bu gün Ramazan ayının başa çatması münasibətilə səhər saat 8-dən etibarən  Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə bayram namazları qılınıb. Ölkə üzrə milyonlarla insan məscidlərdə namaz qılıb, dualar ediblər.

Bu səhər şəhərin bütün  məscidlərində olduğu kimi "Təzə pir" məscidində də kütləvilik müahidə olunurdu. Burada bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılındı. Namazda Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini sahədə sabitlik mövcud olduğunu, ölkədə tolerant və multikultural mühitin hökm sürdüyünü, bütün din nümayəndələrinin rahat yaşadığını deyib.

Bakıda qonaq olan və bayram namazına qatılan digər ölkə vətəndaşları da Azərbaycanda hər bir dinin nümayəndəsi üçün yaxşı şəraitin yaradıldığını bildirirlər.

 "Təzə pir" məscidində bayram namazına qatılan inanclıların da əsas duası xalqın firavanlığı, işğal altında olan torpaqların qaytarılması ilə bağlı olub.


Create Account



Log In Your Account