Mar 12 2019 19:16
Views: 423

Novruz bayramına qədər 1200 şəhidin vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəmələr veriləcək. Bunu CBC-nin efirində əmək və əhalinin sosial müdafiəsi mazirinin müşaviri Mustafa Abbasbəyli bildirib. Bu barədə qərar ötən gün nazirlikdə keçirilən komissiyanın iclasında verilib. Şəhid ailələrinin bayrama qədər ödənişlərini alması üçün bütün lazımi tədbirlər görüləcək.

İndiyədək nazirlikdə yaradılan komissiyada şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı 13 iclasın keçirildiyini deyən Mustafa Abbasbəyli son statistikanı da açıqlayıb. Qeyd edib ki, indiyədək ümumilikdə 5500 şəhidin vərəsəsinə 11 min manatlıq birəfəlik  ödənəmə verilib.

Qeyd edək ki, prezident İlham Əliyevin ötən il aprelin 19-da imzaladığı sərəncamla 9543 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub. Bu ilin əvvəlində qəbul olunan yeni sərəncamla bu siyahıya şəhid polislərin vərəsələri və daha əvvəl köhnə məzənnə ilə müavinət almış şəhid ailələri də əlavə olunub. Beləliklə, ümumilikdə 12268 nəfərə 11 manatlıq birdəfəlik ödəmə veriləcək.


Create Account



Log In Your Account