Oct 18 2019 20:36
Views: 262

Özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin əl işlərindən ibarət ilk sərgi satış yarmarkasında ümumilikdə 25-dən artıq şəxsin əl işləri sərgilənir. Aztəminatlı ailələrə dəstək məqsədilə təşkil olunmuş satış yarmarkasında eyni zamanda fiziki qüsurlu şəxslərin əl işləri də nümayiş olunur.
Nizami Kino Mərkəzində keçirilən yarmarkada özünüməşğulluq proqramına cəlb olunmuş sahibkarların əl işləri sərgilənir. Əsasən milli üslubda suvenirlərin yer aldığı satış yarmarka həm də sahibkarlara öz məhsullarını tanıtmaq imkanı verir. Nümayiş olunan əl işləri öz unikallığı ilə diqqəti cəlb edir.
“Bazarını yarat” adlı sərgi-satış yarmarkada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən 5 sahibkar da öz işlərini təqdim edib. Sağlamlıq imkanları məhdud uşaqların hazırladığı əl işləri, rəsmlər və maraqlı suvenirlər sərgilənib. Satış imkanının yaradılması bu kateqoriyadan olan şəxslərin qazanc əldə etmələrinə də  kömək edir.
Oxşar yarmarkanın açıq məkanlarda və regionlarda təşkili də nəzərdə tutulur.


Create Account



Log In Your Account