Sep 20 2019 16:41
Views: 889

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci Dünya Çempionatında fərdi yarışların  final mərhələsi başa çatıb. Mundialın 4-cü günündə idmançılar gürzlər və lentlə yarışıblar. Hər iki növdə çempionluğu  Rusiya təmsilçisi Dina Averina qazanıb.  Halqa ilə yarışlarda qalib gələn Yekaterina Selezneva isə lentlə mübarizədə 3-cü yerlə kifayətlənib

 İsraildən olan bədii gimnast Linoy Aşram, gürz,lent, halqa və topla çıxış edib. Fərdi yarışların son günündə 2-ci yeri özündə saxlamağı bacarıb. Top ilə yarışda isə bürünc medalla kifayətlənməli olub.

Medalların sayına görə komandalar arasında liderliyi rusiya millisi özündə saxlayır. İsrail 2 ci yerdə qərarlaşıb. Belarusdan olan gimnastlar isə 3-cüdür.


Create Account



Log In Your Account