Nov 13 2019 18:43
Views: 80

Bu gün Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi davam etdirildi. Millət vəkilləri çıxışlaında büdcənin fərqli istiqamətlərinə diqqət yetirdilər. Maliyyə Nazirliyindən bəzi məsələlərin dəstəklənməsi üçün yardım istədilər. Ümumlikdə 34 deputatın çıxışından sonra büdcə müzakirələrinə son verildi. Səsvermə nəticəsində Milli Məclis 2020-ci ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul etdi. 
Hökumət nümyəndələrinə büdcə layihəsinin ikinci oxunuşunu noyabrın 26-da keçiriləcəyi bildirildi. 
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri açıqlandı. 
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirdi ki, “2020-ci il büdcəsi haqqında" qanun layihəsində Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlir və xərcləri 4 milyard 825 milyon 509 min manat səviyyəsində nəzərdə tutulub. “Bu da  2019-cu ilə nisbətən 16,9 faiz çoxdur. Fondun 2020-ci il xərclərinin 97 faizi əhaliyə ödənişlərin payına düşür ki bu da 2018-ci ilə nisbətən 1 faiz çoxdur”. 
Sahil Babayev əlavə etdi ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir. 
Nazirin sözlərinə görə, gələn il 85 min ailənin, təqribən 360-370 min insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır. Sahil Babayev İşsizlikdən sığorta fondunun büdcəsindəki əsas göstəriciləri də açıqladı. Belə ki, gələn il üçün bu fondun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min manat məbləğində proqnozlaşdırılıb. bu layihənin müzakirəsi zamanı deputatlar sosial islahatları dəstəkləməklə yanaşı, bəzi müavinətlərin məbləğinin artırılmasının zəruri olduğunu dedilər. 2020-ci iin dövlət büdcəsi zərfinə daxil olan digər sənədlərin müzakirəsi sabah  Milli Məclisdə müzakirə olunacaq. 

 


Create Account



Log In Your Account