Jun 21 2019 20:05
Views: 221

"Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 mln manat artırılıb. Artırılan məbləğ nəticəsində fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3%-dən 32,8%-ə qədər azalması gözlənilir. Bu haqda Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məlumat verildi. İclasda 2019-cu ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə olunub. Dəyişiklik təklifi Prezidentin müvafiq sərəncamları ilə hərbçilərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, bəzi dövlət qurumlarının əməkdaşlarının, diaqnostikadan keçmiş müəllimlərin əmək haqqının artırılması ilə bağlıdır.
Azər  Bayramov deyib ki, ilin axırına qədər inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq. Digər tərəfdən, Neft Fondu və digər mənbələrdən əlavə böyük transefertlər tələb olunmur. Bu gün təqdim olunan iqtisadi paket 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir.
İclasda “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik də mzakirə olunub. Layihəyə görə, bu qanunun tələbləri İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satınalmasına şamil edilməyəcək. Yəni, İpoteka və Kredit Zəmanət Fondu birbaşa açıq bazardan mənzillər alıb onları əhaliyə kirayəyə verəcək”. İclasda gündəliyə çıxarılan qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.


Create Account



Log In Your Account