Aug 07 2020 17:57
Views: 270

“Koronavirus infeksiyası qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Həm dünyada, həm də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib. Bildirib ki, pandemiya və neftin qiymətinin ucuzlaşdırılması iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərib. Bunu nəzərə alaraq, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsinə ehtiyac yaranıb.

Sənəd  üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. Dəyişikliyə əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat məbləğində olacaq. Sonra “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Millət vəkilləri gündəlikdə olan digər məsələlərlə bağlı da fikir səsləndiriblər. Sonda 6 qanun layihəsinə dəyişikliklər səsə qoyularaq, qəbul edilib. Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

 


Create Account



Log In Your Account