Jul 31 2019 15:36
Views: 262

 Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nı təsdiq edib. Yeni Qaydalara əsasən, 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq hüququna malikdir. Bunun üçünsə “Elektron hökumət” və ya “e-sosial” portallarının “Məşğulluq” altsistemində Müraciət-Ərizə”ni dolduraraq təsdiq etməsi kifayət edir. Sənəd həmçinin işsiz şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanlarında və “DOST” mərkəzlərində qeydiyyata alınması qaydasını müəyyən edir.

Yeni qaydaalara əsasən işaxtaran şəxs qeydiyyata alındıqdan sonra 5 gün müddətində iş yerləri təklif olunur. Bunun üçün Məşğulluq Alt Sistemində vakansiyalar haqqında məlumat bankı yerləşdirilib. Vətəndaş həmin müddətdə münasib iş təklif edilmədiyi halda işsiz şəxs kimi qeydiyyata alınır. Qaydalar İşsiz kimi qeydiyyata alınan şəxsin hüquqlarını da müəyyən edir. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir

Vətəndaş təklif olunan iş yerini qəbul etdiyi halda həmin iş yeri haqqında məlumatı Məşğulluq Alt Sstemində qeydiyyata alınır və electron qaydada işəgötürənə yönləndirilir. Həmin vətəndaşlar üçün fərdi məşğulluq vərəqəsi açılır. Başqa sözlə, yeni qaydalar işəgötürənin də hüquqlarını müəyyən edir.

İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin ixtisası, peşəsi, sağlamlıq imkanlarının məhdudluğu və yaşayış ünvanı üzrə məlumatlar dəyişdiyi halda, onlar şəxsi kabinetlərindən istifadə etməklə, həmin məlumatları yeniləməlidirlər. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər aktiv məşğulluq tədbirinə cəlb edildiyi zaman bu barədə məlumatları Mərkəz fərdi məşğulluq vərəqinə daxil edir və MEİS tərəfindən avtomatik yoxlanılaraq yenilənir. İşaxtaran və işsiz şəxsin qeydiyyatı ləğv edildikdə, fərdi məşğulluq vərəqi MAS-da deaktiv edilir və təkrar qeydiyyat zamanı aktivləşdirilərək, müvafiq qeydlərin aparılması davam etdirilir.

İşsiz kimi qeydiyyata alınmayan və ya qeydiyyatı ləğv olunan şəxs işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün 1 aydan sonra təkrar müraciət etmək hüququna malikdir. İşaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.


Create Account



Log In Your Account