Dec 21 2018 18:18
Views: 269

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Tovuz rayonunda həyata keçirilən layihələr uğurla yekunlaşıb. Rayonun içməli sudan ciddi əziyyət çəkən 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb və kənd sakinlərinin keyfiyyətli suya çıxışı təmin edilib.

Rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Qaraxanlı və Əlimərdanlı kəndlərini əhatə edən layihə çərçivəsində 2 subartezian quyusu qazılıb, hər birinin tutumu 600 kubmetr olan 2 mövcud su anbarı yenidən qurularaq istismara verilib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. Bildirib ki, bu il Tovuz şəhəri üçün yeni su mənbəyinin yaradılması ilə yanaşı, kəndlərdə də su layihələri icra olunub. “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov ölkə rəhbərliyinin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını deyib. Bildirib ki, 2017-ci ildə 170 kənddə, bu il isə 41 kənddə içməli su layihələri icra olunub.

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”  Sərəncam və dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə 19 rayonunun 41 yaşayış məntəqəsində su layihələri icra edilib. Bu layihələr 58 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.


Create Account



Log In Your Account