Jul 03 2019 16:19
Views: 252

3 iyul Belaus üçün xüsusi bir gündür. Məhz bu gündə  1944-cü ildə paytaxt Minsk faşist işğalçılarından azad olunub. 1997-ci ildən Belarusda bu gün müstəqillik bayramı kimi qeyd olunur. Belarusun Azərbaycandakı səfirliyinin bu münasibətlə təşkil etdiyi rəsmi qəbulda səfir Gennadi Axramoviç xalqının İkinci Dünya müharibəsi zamanı böyük itkilər yaşadığını deyib. Səfir Azərbaycanla münasibətlərin yüksk səviyyədə inkişa etdiyini də diqqətə çatdırıb.

Rəsmi qəbulda çıxış edən Baş Nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan-Belarus münasibətlərinin səmimi dostluğa əsaslandığını deyib. Bildirib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, eləcə də iki ölkənin liderləri arasındakı şəxsi dostluq münasibətləri əlaqələrimizin inkişafına böyük töhfə verir.

Tədbirdə qeyd olunub ki, Azərbaycan və Belarus arasında iqtisadiyyat, mədəniyyət, idman, səhiyyə, kənd təsərrüfatı, ticarət, maşınqayırma və digər sahələrdə əməkdaşlıq genişlənir. Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.


Create Account



Log In Your Account